Bakı. Trend:
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 2026-cı ilin mart ayındaBakıda keçiriləcək XIII Qlobal Bakı Forumuna hazırlıq məqsədilə ÇinXalq Respublikasının Quançjou şəhərində toplantı keçirib.
Trend xəbər verirki, toplantıda Forumun konseptual çərçivəsi, əsas mövzular vəbeynəlxalq tərəfdaşların cəlbi ilə bağlı fikir mübadiləsiaparılıb.
Toplantıda Mərkəzin İdarə Heyətinin üzvləri iştirak ediblər.Müzakirələr zamanı qlobal təhlükəsizlik, davamlı inkişaf, iqtisaditransformasiya və texnoloji dəyişikliklərin təsirləri Forumunprioritet istiqamətləri kimi müəyyənləşdirilib.
Forum çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), BMT-ninTicarət və İnkişaf Konfransı (UNCTAD) və BeynəlxalqTelekommunikasiya İttifaqı (İTU) ilə yüksək səviyyəli birgəpanellərin keçirilməsi və əməkdaşlığın gücləndirilməsi barədədanışılıb.
Bununla yanaşı, Forum çərçivəsində Dünya İncəsənət və ElmAkademiyası (WAAS) və The Economist jurnalı ilə birgə yantədbirlərin (side event) keçirilməsinin nəzərdə tutulduğubildirilib.
Toplantıda həmçinin Bakıda keçiriləcək XIII Ümumdünya ŞəhərsalmaForumu (WUF13) çərçivəsində Mərkəzin iştirakı və dəstəyi, eləcə dəUN-HABITAT ilə bu istiqamətdə əməkdaşlıq müzakirə olunub.
Qeyd edilib ki, növbəti hazırlıq toplantısı SəudiyyəƏrəbistanının Riyad şəhərində keçiriləcək.