AZ

“Vətən naminə” İctimai Birliyi şəhid ailələri üçün xeyriyyə tədbiri təşkil edib - FOTOLAR

“Vətən naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə növbəti xeyriyyə tədbiri keçirilib.

QHT.az xəbər verir ki, tədbirin əsas məqsədi şəhid ailələrinə mənəvi dəstəyin göstərilməsi və xüsusilə şəhid analarının bir araya gətirilməsi olub. Tədbir iştirakçılarının sözlərinə görə, bu cür görüşlər anaların bir-birinə dayaq olması, il ərzində unudulmadıqlarını hiss etmələri baxımından xüsusi əhəmiyyət daşıyır. Qeyd olunub ki, ən böyük müsbət hal isə bu müddət ərzində şəhid ailələrinə daim dəstək göstərilə bilməsidir.

Tədbirdə vurğulanıb ki, hər bir vətəndaşın borcu şəhid ailələrinin, xüsusən də anaların yanında olmaqdır. Çıxışlarda hər il şəhid analarının simalarına sevinc və ümid qatmaq arzusunun əsas məqsəd olduğu bildirilib.

Sonda “Vətən naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinə göstərdikləri diqqət və qayğıya görə təşəkkür ifadə olunub.

Seçilən
26
qht.az

1Mənbələr