AZ

Yeni rəqibi məlum oldu

Azərbaycanlı UFC döyüşçüsü Rafael Fiziyevin növbəti rəqibi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, o, UFC 325 turnirində braziliyalı Maurisio Rufi ilə qarşılaşacaq.

Döyüş fevral 1-də keçiriləcək.

Hazırda Fiziyev yüngül çəkinin reytinqində 9-cu, Rufi isə 14-cü pillədə qərarlaşıb.

Rafael Fiziyev son döyüşündə çilili İqnasio Bahamondesi məğlub edib, Maurisio Rufi isə fransalı Benua Sen-Deniyə erkən məğlub olub.

Seçilən
28
sportinfo.az

1Mənbələr