AZ

Telegram da Passkey aktiv edilib

ain.az, Ayna portalına istinadən məlumat yayır.

Sosial platforma parolsuz giriş sisteminə keçir

"Telegram" messenceri istifadəçilər üçün yeni təhlükəsizlik mərhələsinə keçib və daxilolma zamanı SMS-kodlar və ənənəvi parollardan imtina etməyə başlayıb.

AYNA.AZ xarici çediaya istinadən xəbər verir ki, tətbiq iOS və "Android" cihazlarda "Passkey" texnologiyasını aktiv edib və bu funksiya istifadəçilərə hesaba parolsuz, biometrik identifikasiya ilə daxil olmaq imkanı yaradır. Yenilik 7 dekabrdan etibarən işə salınıb və artıq geniş istifadəyə açıqdır. "Passkey" hesabın qorunmasını daha etibarlı edir, çünki giriş üçün yalnız barmaq izi və ya üz skanı kimi biometrik təsdiq tələb olunur. Bu da həm parolun unudulması problemini aradan qaldırır, həm də SMS təsdiqləmə mərhələsini keçməyə ehtiyac qoymur.

Ekspertlər bildirirlər ki, belə mexanizm hesab oğurluğu riskini xeyli azaldır və istifadəçilərə sürətli avtorizasiya təklif edir. Funksiyanı aktiv etmək üçün istifadəçi ilk dəfə girişdə xüsusi açar yaradır və cihaz üzərində identifikasiya prosedurundan keçir. Qeyd olunur ki, sözügedən funksiya təhlükəsizlik standartlarına uyğun olaraq cihazda saxlanılır və üçüncü tərəflərə ötürülmür.

Bundan əvvəl "Telegram"ın yaradıcısı Pavel Durov TON blokçeyn bazasında İİ inteqrasiyalı Cocoon adlı hesablama şəbəkəsini də elan etmişdi. Layihənin məqsədi istifadəçilərə məxfi mühitdə süni intellekt əməliyyatlarını yerinə yetirmək imkanı təqdim etməkdir. Yeni giriş texnologiyası isə platformanın təhlükəsizlik və gizlilik siyasətini daha da gücləndirən addım kimi qiymətləndirilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
1
ayna.az

2Mənbələr