AZ

Əbülfəs Qarayevin qızı məhkəməyə VERİLİR

Azərbaycan mədəni mühitində son günlərin ən çox müzakirə olunan mövzusu sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin qızı Suad Qaranın rejissoru olduğu “Məhsəti” filmidir.

Əksəriyyət tarixi şəxsiyyətin erotik məzmunla təqdimatını ümummilli dəyərlərə zərbə sayır. Bu etirazlar təkcə sosial şəbəkə paylaşımları ilə məhdudlaşmır.

Publika.az xəbər verir ki, Modern.az saytının əldə etdiyi məlumata görə, bir qrup ziyalı və mədəniyyət nümayəndələri Suad Qarayevanı məhkəməyə verməyə hazırlaşır. Qeyd edilir ki, hadisənin hüquqi, mənəvi və siyasi tərəfləri var və bu məsələ təkcə bir filmdən ibarət deyil.

Film XII əsr şairəsi Məhsəti Gəncəvini müasir interpretasiyada təqdim edir. Kadrlar, hərəkətlər, vizual dillə verilən mesajlar klassik qəzəllər müəllifi olan şairənin “azad, sərbəst, erotik” qadın obrazı kimi göstərildiyi barədə narazılıqlar yaradır.

Cəmiyyətin narahatlığını artıran suallar odur ki, tarixi şəxsiyyət çağdaş estetika ilə təqdim oluna bilərmi? Sərbəst təqdimat təhqirlər doğurursa, bu, azadlıqdırmı? Sənət dəyərləri milli dəyərlərdən üstün tutulmalıdırmı?

Seçilən
5
12
publika.az

10Mənbələr