"Bir-birimizə olan sevgimizin, hörmətimizin azalmasını istəmədiyimiz üçün boşandıq”.
Bakıvaxtı.az xəbər verir ki, bunu "Esra Ezmeci ile her şey ortada" verilişində rəqqasə Asena 8 illik evliliyinin bitməsindən danışarkən deyib.
Həm işdə, həm də evdə davamlı bir yerdə olduqlarını deyən rəqqasə, “bir müddət sonra əsgər dostları kimi olduq", - deyə açıqlama verib.
Məşhur birlikdə çox vaxt keçirməyin münasibətlərində rutinə səbəb olduğunu vurğulayıb.
"Boşandıqdan sonra səhnəyə çıxmaq necə idi" sualına Asenanın xavabı olub:
"Səkkiz ildən sonra yenidən səhnəyə qayıtdım. Səhnədə üzümü çevirdim və göz yaşlarına boğuldum".
Aynur