AZ

Masazırda avtomobil yandı: iki nəfər yaralandı, biri öldü

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Abşeron rayonunda avtomobilin yanması nəticəsində bir nəfər ölüb.

Globalinfo.az bildirir ki, “Report”un yerli bürosu məlumat verir ki, hadisə Masazır qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, “BMW” markalı minik avtomobili anidən alovlanıb.

Nəticədə, nəqliyyat vasitəsinin içərisində olan 3 nəfər çıxarılaraq xəstəxanaya çatdırılıb.

Aparılan tibbi müdaxilələrə baxmayaraq, Əlizadə Qurbanəli Ağa oğlu həyatını itirib, digər 2 şəxsin müalicəsi davam etdirilir.

Hadisənin baş vermə səbəbi araşdırılır

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
31
3
globalinfo.az

6Mənbələr