AZ

Qırmızı kürü təhlükəlidir? -Mütəxəssislər AÇIQLADI

Qırmızı kürü tərkibində E-239 qida əlavəsi (urotropin) olduqda onu almaq məsləhət görülmür. 

Redaktor.az xəbər verir ki, bu haqda mütəxəssislər aif.ru-ya danışıblar.

Mütəxəssislər xatırladıb ki, qırmızı kürü - xüsusilə qızılbalıq növlərinə aid olan qırmızı kürü (qorbuşa, keta, norka, somon, forel) - dəyərli qida məhsuludur. O, çoxlu doymamış yağ turşuları, asan həzm olunan zülallar, həmçinin yod, kalsium və fosforla zəngindir.

Təhlükəsiz kürü seçmək üçün müəyyən qaydalara əməl etmək vacibdir. Rospotrebnadzor bildirir ki, qırmızı kürünü bazarlardan və ya fərdi satıcılardan almaq olmaz.

Bundan əlavə, mütəxəssislər etiketin mütləq diqqətlə oxunmasını tövsiyə edir: orada balığın adı, istehsal və qablaşdırma tarixi göstərilməlidir.

Aytəkin TOFİQQIZI

Seçilən
74
1
redaktor.az

2Mənbələr