AZ

Moskvada KTMT Parlament Assambleyasının plenar iclası keçiriləcək

ain.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.

Bu gün Rusiya paytaxtı Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Şurasının (KTMT) toplantısı və KTMT Parlament Assambleyasının plenar iclası keçiriləcək.

Reyting.az xəbər verir ki, tədbirlərə Rusiya Dövlət Dumasının spikeri, KTMT PA-nın sədri Vyaçeslav Volodin sədrlik edəcək.

Gündəliyə təşkilata üzv dövlətlərin qanunvericiliyinin uyğunlaşdırılması və KTMT-nin məsuliyyət zonasında çağırış və təhdidlərə qarşı mübarizə məsələləri, həmçinin formalaşmaqda olan çoxqütblü dünya kontekstində beynəlxalq təhlükəsizliyin təmin edilməsinə dair Assambleyanın bəyanatının layihəsi daxildir.

E. KAMAL

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
55
reyting.az

1Mənbələr