"İnnovasiya və Təchizat Mərkəzi" Publik Hüquqi Şəxsi tərəfindən “Tibb müəssisələrində istifadə üçün nəzərdə tutulmuş tibbi sərf (Lot 2) malları”nın satın alınması ilə bağlı elan edilmiş tenderin nəticəsi açıqlanıb.
FED.az xəbər verir ki, tenderin qalibi "Medeks" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Müqavilənin ümumi dəyəri 865 min 346 manat 51 qəpik təşkil edir. Ehtimal olunan qiymət isə 2 milyon 389 min 184 manat 11 qəpik idi.
Qeyd edək ki, "Medeks" MMC bundan əvvəl də iri həcmli satınalmada qalib gəlib. Şirkət 13.10.2025-ci il tarixində "Azərbaycan Elmi Tədqiqat Travmatologiya Və Ortopediya İnstitutu" Publik Hüquqi Şəxsi tərəfindən dərman sarğı ləvazimatları və materialların (implantlar) satınalınması üzrə keçirilən tenderin qalibi seçilib. Həmin müqavilənin dəyəri 993 min 707 manat 50 qəpik təşkil edib.