Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Tərtərdə itkin düşmüş qadının meyiti tapılıb.
“Qafqazinfo” xəbər verir ki, dekabrın 6-sı 1943-cü il təvəllüdlü Ceyran Kamal qızı Bayramova yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 7-si onun meyiti Tərtər şəhər Xətai küçəsindən keçən paylayıcı kanaldan aşkar edilərək çıxarılıb.
Hazırda faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.