AZ

Polşa Londonda keçiriləcək Ukrayna sammitinə dəvət olunmayıb

Polşa 8 dekabrda Londonda keçirilməsi planlaşdırılan Ukrayna sammitinə dəvət olunmayıb.

AzPost bildirir ki, bu barədə Polsat xəbər verir.

“Fransa prezidenti Emmanuel Makron ABŞ-ın səylərini müzakirə etmək üçün bazar ertəsi günü Londonda Böyük Britaniya, Almaniya və Ukrayna liderləri ilə görüşəcəyini açıqlayıb. Polşa lideri onların arasında deyil”, – deyə məlumatda bildirilir.

Bu, Polşa rəsmiləri arasında narahatlıq yaradıb. Polşanın keçmiş baş naziri Leşek Millerin sözlərinə görə, “bu vəziyyətin səbəbini bilmək yaxşı olardı”.

Vladimir Zelenskinin Londona səfəri zamanı Böyük Britaniyanın baş naziri Keyr Starmer, Emmanuel Makron və Almaniya kansleri Fridrix Merts ilə görüşəcəyi bildirilir. O, Ukraynada nizamlanma ilə bağlı danışıqların gedişatını və təhlükəsizlik zəmanətlərini müzakirə edəcək.

AzPost.az

Seçilən
18
azpost.info

1Mənbələr