Bakı. Trend:
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə “Azəriqaz”İstehsalat Birliyi arasında əməkdaşlıq nəticəsində vətəndaşlarartıq qaz təchizatı ilə bağlı müayinə aktlarını “mygov” platformasıüzərindən izləyə biləcəklər.
Yeni inteqrasiya vətəndaşlara öz əmlaklarında aparılmışmüayinənin nəticələrini rəqəmsal formada əldə etmək imkanıyaradır.
Məlumatdan istifadə qaydası aşağıdakı kimidir:
İstifadəçi mygov portalında “Xidmətlər” bölməsindən “Kommunal”kateqoriyasını seçir.
“Azəriqaz İB – Müayinə aktı”na daxil olur.
İstifadəçinin FİN-ə bağlı bir və ya bir neçə akt varsa, sistemmövcud müayinə aktlarının siyahısını təqdim edir.
İstifadəçi seçdiyi aktın məlumatlarına baxa və sənədi yükləyəbilər.
Qeyd edək ki, müayinə aktı, xüsusilə qaz təchizatına yeniqoşulma, qaz xətlərinin dəyişdirilməsi və ya köçürülməsi zamanıvətəndaşlardan tələb olunur.