Müəllif:Mehin Qasımova,Banco.az
İsveçrənin aparıcı bankı olan "UBS" 2027-ci ilə qədər 10 min nəfərə qədər əlavə işçi ixtisarı həyata keçirə bilər.
Banco.az xəbər verir ki, əgər plan təsdiqlənsə, bu, bankın ümumi işçi qüvvəsinin təxminən 9 faizinin azaldılması deməkdir.
Bank məlumatda göstərilən rəqəmi təsdiqləməsə də, həm İsveçrədə, həm də dünya üzrə ixtisarların mümkün qədər minimum səviyyədə saxlanılacağını bildirib.
Bankın açıqlamasına görə, ixtisarlar birdən-birə deyil, bir neçə il ərzində təbii xitam, erkən təqaüd və xarici vəzifələrin daxili resurslarla əvəzlənməsi yolu ilə həyata keçiriləcək.
UBS-in 2023-cü ildə satın aldığı Credit Suisse bankının inteqrasiyası davam edir. Mövcud ixtisar ehtimalı bu prosesin yeni mərhələsi kimi qiymətləndirilir.
2024-cü ilin sonunda UBS-in təxminən 110 min əməkdaşı var idi.