AZ

Rusiya Çerniqova PUA-larla hücum edib

Dekabrın 8-nə keçən gecə Rusiya Çerniqov şəhərinə pilotsuz uçuş aparatları ilə hücum edib.

XəzərNews.az xəbər verir ki, Rusiyaya məxsus pilotsuz uçuş aparatı yaşayış binasını vurub.

Üç nəfər yaralanıb, onlardan biri xəstəxanadadır. Evin qaz xətti zədələnib, yanğın olub, pəncərələri sındırılıb.

Şəhər hərbi administrasiyasının rəhbəri Dmitri Brıjinski qeyd edib ki, rusların pilotsuz təyyarəsi evin yaxınlığında partlayıb.

Xəbər 6 dəfə oxunub.
Seçilən
8
xezernews.az

1Mənbələr