AZ

Everest fatehi: "Orada ölsən belə, bu yolun geri dönüşü yoxdur" - Müsahibə

Hilal Baydarovun “Boşluğa xütbə” filminin yerli premyerası “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025”, “Baku Cinema Breeze” beynəlxalq kino proqramı çərçivəsində baş tutub.

Kulis.az xəbər verir ki, tədbirin açılışında filmin rejissoru ekran əsərinin ideya xətti, yaradıcı konsepsiyası, çəkiliş prosesi və beynəlxalq festival təcrübəsi barədə ətraflı məlumat verib.

O, “Boşluğa xütbə” filminin Venesiya, Tokio və Qahirə kimi nüfuzlu beynəlxalq kino festivallarında nümayiş olunmasının Azərbaycan kinosunun qlobal miqyasda tanınmasına mühüm töhfə verdiyini vurğulayıb. Rejissor, eyni zamanda, filmin ərsəyə gəlməsində göstərilən dəstəyə görə Kino Agentliyinə (ARKA) təşəkkürünü ifadə edib.

Bakıdakı premyera nümayişində filmin yaradıcı heyəti, dövlət qurumlarının nümayəndələri, yerli və beynəlxalq kino mütəxəssisləri, media təmsilçiləri və mədəniyyət ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Film tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Xatırladaq ki, “Boşluğa xütbə” filmi daha əvvəl 82-ci Venesiya Beynəlxalq Film Festivalının “Müsabiqədənkənar proqram” bölməsində, Tokio Beynəlxalq Film Festivalının əsas müsabiqə proqramında və Qahirə Beynəlxalq Film Festivalında uğurla nümayiş etdirilib.

Seçilən
11
kulis.az

1Mənbələr