"Napoli" 2025-ci ildə İtaliya A Seriyasında evdə keçirdiyi heç bir oyunda uduzmayıb.
Publika.az xəbər verir ki, neapollular ötən gecə çempionatın 14-cü turu çərçivəsində doğma meydanda "Yuventus"u 2:1 hesabı ilə məğlub ediblər. Bu, komandanın 2025-ci ildə A Seriyasında keçirdiyi son ev oyunudur.
Beləliklə, Antonio Kontenin komandası 2025-ci il ərzində A Seriyasında evdə heç bir məğlubiyyət yaşamayıb. Bu, təqvim ili üzrə son 38 ildə - 1987-ci ildən bəri ilk dəfə baş verir.
14 turdan sonra "Napoli" 31 xalla A Seriyasına liderlik edir.