AZ

Orban İstanbuldadır

Hurriyyet.az xəbər verir ki, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu X şəbəkəsindəki səhifəsində Macarıstanın Baş naziri Viktor Orbanın hazırda İstanbulda olduğunu yazıb.

Nazir Macarıstan lideriin iki ölkə arasındakı Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak edəcəyini qeyd edib. Tədbir dekabrın 8-də keçiriləcək.

Uraloğlu yazıb: "Qədim dostluq əlaqələrimiz olan Macarıstanla birlikdə keçirilən iclas strateji tərəfdaşlığımızın möhkəmlənməsi üçün böyük əhəmiyyətə malikdir".

Hürr Tərcüman

Seçilən
3
hurriyyet.az

1Mənbələr