AZ

Mask ruslarla birləşdi: Məqsədləri Avropanı dağıtmaqdır

Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriev onu və amerikalı sahibkar İlon Maskı Avropanı bölməyə cəhddə ittiham edən Polşanın xarici işlər naziri Radoslav Sikorskiyə cavab verib.

Publika.az xəbər verir ki, Rusiya liderinin xüsusi nümayəndəsinin sözlərinə görə, bu cür bəyanatlar Avropa İttifaqının (Aİ) yüksək vəzifəli diplomatlarının çaxnaşmaya düşdüyündən xəbər verir.

O, Avropa liderlərinə birlik daxilində yaradılan problemləri həll etməyi tövsiyə edib: nəzarətsiz miqrasiya, artan cinayət, sənayesizləşdirmə, şişirdilmiş enerji qiymətləri, iqtisadi tənəzzülün sürətlənməsi və senzura.

“Avropa daha yaxşısına layiqdir. Avropanı yenidən möhtəşəm edin”, - Rusiyalı məmur deyib.

Polşalı nazir amerikalı sahibkarla Dmitriev arasında sosial media mübadiləsini oxuduqdan sonra mübahisə yaranıb.

Seçilən
63
publika.az

1Mənbələr