AZ

Rusiyada “Roblox” PANİKASI – Uşaqlar ölkəni tərk etməyi DÜŞÜNÜR

“Roblox” qadağasına görə uşaqlar Rusiyadan getməyi planlaşdırır.

İnterpress.az xəbər verir ki, bu barədə Təhlükəsiz İnternet Liqasının rəhbəri Yekaterina Mizulina məlumat verib. Hər iki məktəblidən biri bloklamanın fəsadlarından əziyyət çəkir və ölkəni tərk etmək arzusundadır.

Mizulina bildirib ki, “Roblox” oyun platformasına tətbiq edilən qadağa səbəbindən uşaqlar kütləvi şəkildə Rusiyadan köçməyi düşünürlər.

Onun sözlərinə görə, hazırda hər iki məktəblidən biri bloklamanın yaratdığı fəsadlardan əziyyət çəkir və bu səbəbdən ölkədən getməyi arzulayır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
35
interpress.az

1Mənbələr