8 dekabrdan etibarən Rusiya Mərkəzi Bankı Rusiya və dost ölkələrin vətəndaşları üçün beynəlxalq köçürmələrə qoyulan məhdudiyyətləri aradan qaldıracaq.
AzPost bildirir ki, bu barədə rəsmi açıqlamada qeyd olunub
Tənzimləyicinin sözlərinə görə, valyuta bazarındakı sabit vəziyyət nəzərə alınmaqla, Mərkəzi Bank Rusiya vətəndaşları və dost ölkələrin qeyri-rezident şəxsləri üçün xaricə valyuta köçürmələrinə əvvəllər müəyyən edilmiş məhdudiyyətləri aradan qaldıracaq.
Rusiyada işləyən qeyri-dost ölkələrin qeyri-rezidentləri üçün məhdudiyyət qüvvədə qalır: onlar yalnız maaşlarını xaricə köçürə bilərlər. Qadağa həmçinin Rusiyada işləməyən qeyri-dost ölkələrin qeyri-rezidentləri, eləcə də bu ölkələrin hüquqi şəxsləri üçün qüvvədə qalır. İstisna Rusiya vətəndaşları tərəfindən idarə olunan şirkətlər üçündür.