Qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Nərgiz Əliyeva Türkiyədə klubunu dəyişib.
Fanat.Az xəbər verir ki, son mövsümdə “Fatih Vətən”də çıxış edən qapıçı Super Liqanın digər təmsilçisinə keçib.
23 yaşlı qolkiper bundan sonra “Sanayispor”un uğurları üçün çalışacaq.
Bu barədə Girəsun klubunun mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, Mingəçevir futbolunun yetirməsi olan Nərgiz Əliyeva 2021-ci ilin yayından Türkiyədə çıxış edir.