AZ

Neymar: "İlk dəfədir ki, psixoloji yardım axtarmaq məcburiyyətində qalıram"

“Santos”un hücumçusu Neymar üzləşdiyi sərt tənqidlərin ona ciddi psixoloji təsir göstərdiyini etiraf edib.

Apasport.az xəbər verir ki, komandanın noyabrın 10-da “Flamenqo”ya məğlubiyyətindən sonra klub çətin vəziyyətə düşüb və azarkeşlərin böyük hissəsi uğursuzluqda məhz ulduz futbolçunu günahlandırıb.

Neymar dizindən zədə almasına baxmayaraq, əməliyyatı təxirə salaraq həlledici oyunlarda komandasına kömək edib. 

O, yaşadığı gərgin dövr barədə bunları söyləyib:

“Çox ağır tənqidlərə məruz qaldım. Məni tənqid edənlərin həddi-hüdudu yox idi. İlk dəfə psixoloji kömək istəməli oldum, çünki artıq bunun öhdəsindən təkbaşına gələ bilmirdim. Məşqçilərim, komanda yoldaşlarım və ailəm mənə böyük dəstək göstərdi. Onlara minnətdaram”.

Qeyd edək ki, “Santos” La Liqanın son turunda “Kruzeyro”nu 3:0 hesabı ilə məğlub edərək düşmə zonasıdan xilas olub. 

Super Liqa klubunda ayrılıq

Səudiyyə Ərəbistanı klubları Salah üçün yarışırlar

"Çelsi"nin müdafiəçisi Fransa yolunda

"Liverpul"da Cerrard səsləri

Keyndən tarixi nailiyyət

Seçilən
71
1
apasport.az

2Mənbələr