AZ

Türkiyədə narkotik əməliyyatı- 970 şübhəli saxlanılıb

Türkiyədə narkotik satan "zəhər tacirlərinə" qarşı əməliyyat keçirilib.

Missiya.Az "Haberglobal"a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.

“Son bir həftədir ki, 72 vilayətdə narkotik alverçilərinə qarşı davam edən əməliyyatlarımızda 352 kq narkotik və 4 milyon 158 min narkotik həb ələ keçirərək, onların insanlara çatdırılmasının qarşısını aldıq və əhalinin sağlamlığına zərər vuran 970 şübhəlini yaxaladıq. Biz ölkəmiz və bəşəriyyət adından zəhər tacirlərinə qarşı mübarizəmizi davam etdirəcəyik",- nazir açıqlamasında qeyd edib.İlahə Qənbərli

Missiya.Az

Seçilən
43
missiya.az

1Mənbələr