AzVision.az xəbər verir ki, həftəlik “Bild am Sonntag” qəzetinin sifarişi ilə INSA ictimai rəyin araşdırılması institutunun keçirdiyi sorğunun nəticələri bunu sübut edir.
Açıqlanan hesabata əsasən, respondentlərin 70%-i Xristian Demokrat İttifaqının (XDİ), Xristian Sosial İttifaqının (XSİ) və Almaniya Sosial Demokrat partiyasının (ASDP) daxil olduğu koalisiyanın fəaliyyətindən narazı olduğunu bildirib. Respondentlərin yalnız 21%-i koalisiyanın fəaliyyətindən məmnunluq ifadə edib. Daha 9% respondent isə suala cavab verməyib.
“Bu, “böyük koalisiya”nın 2025-ci ilin mayında hakimiyyətə gəlişindən bəri institutun qeydə aldığı ən pis göstəricidir”, - xəbərdə deyilir.
Dekabrın 1-dən 5-dək tədqiqatçıların suallarını ümumilikdə 1206 nəfər cavablandırıb. Nəticələr onu deməyə əsas verir ki, Bundestaqa (parlament) dekabrın 7-də keçirilsəydi, hakim koalisiyada birləşən üç partiya birlikdə parlament çoxluğunu təmin edə bilməzdi.
Seçicilərin 26%-nin dəstəkləyəcəyi sağçı populist “Almaniya üçün Alternativ (AfD)” birinci yeri tutacaqdı. Mühafizəkar XDİ/XSİ bloku 25%, ASDP isə 15% səs qazanacaqdı.
Kansler Fridrix Mertsə gəldikdə isə, vətəndaşların yalnız 23%-i onun fəaliyyətini dəstəkləyib ki, bu da başqa bir aşağı göstəricidir. Respondentlərin üçdə ikisindən çoxu, yəni 68%-i onun fəaliyyətini mənfi qiymətləndirib, 9%-i isə cavab verməyib. Mertslkə bağlı sorğuda dekabrın 4 və 5-də 1005 vətəndaşınrəyi öyrənilib.
Yeri gəlmişkən, “AfD”-nin nüfuzunu sarsıtmağa çalışan hakim koalisyianın təşəbbüsü ilə Almaniyanın Konstitusiyanın Mühafizəsi üzrə Federal İdarəsi bu il may ayının əvvəlində bupartiyanı ölkədə demokratiyaya təhdid yaradan ekstremist təşkilat elan edib. Bu qərar rəsmi Vaşinqtonda çox sərt qarşılanıb.
Bir neçə gün əvvəl açıqlanan ABŞ-nin yeni Milli Təhlükəsizlik Startegiyasında isə Avropada söz və mövqe azadlığının açıq şəkildə məhdudlaşdırılması reallığı vurğulanır və belə siyasət pislənir.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta