AZ

Berbok: Təcavüzü təşviq edənlər yeni müharibələrin təməlini qoyacaqlar

BMT Baş Assambleyasının prezidenti və Almaniyanın keçmiş xarici işlər naziri Annalena Berbok sülh naminə Ukraynanın hər hansı ərazi güzəştlərini rədd edib...

Poliqon xəbər verir ki, o, bu barədə "Funke" media qrupunun nəşrlərinə verdiyi müsahibədə danışıb.

Onun sözlərinə görə, "təcavüz müharibələri" təşviq edilməməli, pislənilməlidir. Berbok bildirib ki, təcavüzü təşviq edənlər yeni müharibələrin təməlini qoyacaqlar.

Almaniyanın keçmiş xarici işlər naziri Rusiyanın hərəkətlərinə istinad edərək, BMT Təhlükəsizlik Şurasın üzvünün Birləşmiş Millətlər Təşkilatının ən vacib qaydasını pozması ilə razılaşsaq, bunun güzəştkarlığa bərabər olacağını qeyd edib.

Əvvəllər Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski Ukraynanın Rusiya ilə hər hansı bir sülh müqaviləsinin bir hissəsi olaraq ərazisinin bir hissəsini güzəştə getməsinin qəbuledilməz olacağını bildirmişdi. O, həmçinin Ukrayna Silahlı Qüvvələrinin ABŞ-ın köməyi olmadan döyüşə davam edə biləcəyini etiraf edib, lakin Vaşinqtonun dəstəyinin qalacağına ümid etdiyini bildirib. O qeyd edib ki, Ukraynalılar hazırda təkcə özlərini deyil, bütün Avropanı müdafiə edirlər.

Poliqon.info

Seçilən
43
poliqon.info

1Mənbələr