Parisdəki Luvr muzeyində baş verən su sızması Misir Bölməsinə aid 300–400 arası elmi nəşr və sənədləşdirmə materialına zərər vurub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayəb.
Muzey rəhbərliyinə görə, su sızmasından təxminən 300–400 material təsirlənib və bunların tədqiqatçılar tərəfindən istifadə olunan misirşünaslıq jurnalları və elmi sənədlərdən ibarət olduğu açıqlanıb.
Zərər görən materialların XIX əsrin sonu və XX əsrin əvvəlinə aid olduğu bildirilib.
Muzey rəsmiləri hadisə zamanı mədəni irs dəyəri daşıyan əsərlərin zədələnmədiyini vurğulayıb. İlk qiymətləndirmələrə görə kolleksiyalarda bərpası mümkün olmayan bir itki yoxdur.
Hadisənin oktyabr ayında baş verən yüksək profilli brilyant oğurluğundan sonra gəlməsi muzeyin infrastrukturuna dair müzakirələri yenidən gündəmə gətirib.
Su sızmasının isitmə və havalandırma sistemindəki bir vananın səhvən açılması nəticəsində yarandığı bildirilib.