AzVision.az Türkiyənin “KARAR” nəşrinə istinadən xəbər verir ki, bölgədən gələn xəbərlərə görə, türk birliklərinin əsas hücum istiqaməti Mənbic xəttidir.
“Türkiyənin hərəkətlərinə cavab olaraq Dəməşq hazırda Suriya Demokratik qüvvələrinin (SDQ) nəzarətində olan Deyr əz-Zor bölgəsinə əlavə qüvvələr göndərib. Hökumət qüvvələri artilleriya dəstəyi və dron şətiri alıb”, - xəbərdə deyilir.
Açıqlanan məlumatlara görə, bir türk hərbi karvanı Hələb vilayətinə doğru Deyr-Ballut sərhəd keçid məntəqəsindən Suriyaya daxil olub. İkinci karvan gecə ərzində Advaniya sərhəd keçid məntəqəsi ərazisində sərhədi keçib.
Xəbərlərdə qeyd olunur ki, hərbi kolonnalarda zirehli texnika ilə yanaşı, müxtəlif maddi-texniki və logistik elementlər də var.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta