İran İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunları tərkibində Dalaho kimi tanınan “Hadid-110” pilotsuz uçan aparatı xüsusi olaraq zərbə missiyaları üçün hazırlanıb. PUA reaktiv mühərriklə işləyən gizli platformaya əsaslanır.
Herbiand.az bildirir ki, bu barədə Tehran Times məlumat yayıb.
Pilotsuz təyyarə ilk dəfə 2025-ci ilin fevralında İslam İnqilabının Rəhbəri ilə bir qrup alim, rəsmilər və müdafiə sənayesi mütəxəssisləri arasında görüş zamanı nümayiş etdirilib.
PUA İranın Şərqi Azərbaycan vilayətində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) səhra təlimi olan beş günlük “Səhənd-2025” terrorla mübarizə təlimlərində istifadə edilib.
PUA bərk yanacaqla işləyən raket gücləndiricisi ilə buraxılır.
Bəxtiyar CƏFƏRLİ