Bakı. Trend:
Aqrar sahə üzrə idxal-ixrac həcmləri son 5 ildə balanslaşıb,yəni təqribən 1 milyard ABŞ dolları həcmində özünü ehtiva edir.
Trend xəbərverir ki, bunu Kənd Təsərrüfatı nazirinin müşaviri Zaur Əliyev bugün Bakıda keçirilən "Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad"tədbirində bildirib.
"Amma ixracın həcmində son illər ciddi artım müşahidə olunur.Son 5 ildə aqrar məhsulları ixracı 43% artıb. Bu müqayisəni 2015-ciildəki göstərici ilə etsək, 2,9 dəfə artım olduğunu görə bilərik.10 il əvvəl idxal-ixrac fərqi daha böyük idisə, indi artıq balansınolduğunu müşahidə edirik. Hədəfimiz bu il və növbəti il müsbətsaldoya nail olmaqdır", - o bildirib.
"2025-ci ilin ilk 10 ayında aqrar sahə üzrə 27,5 % ixracda artımqeydə alınıb. Bu ixracda əsas payı meyvə-tərəvəz ixracı göstərib",- Z. Əliyev qeyd edib.