AZ

Təranə-Musa cütlüyünün bu hərəkətini "biabırçılıq" adlandırdılar - VİDEO

Müğənni Təranə-Qumral cütlüyünün efirdə oxuduqları şeir müzakirələrə səbəb olub.

Ölkə.Az xəbər verir ki, studiyada T.Qumral həyat yoldaşına divanın arxasından boylanaraq şeir oxuyub.

"Ay Musa oğlan, 
Çəpərdən boylan
Qızlar səni görsün, 
Dərdindən ölsün".

Musa isə cavabında “İstəmirəm, ancaq səni sevirəm. Sən mənim üçün varsan, hər şey bəs edir” söyləyib. 

“İstəyirsən, gəlim yanına?" sualına Musanın “İstəsən, mən gəlim” cavabı sosial şəbəkələrdə gülüş doğurub.

Sosial şəbəkə istifadəçiləri videoya "Siz Allah, bunlar nə yeyib-içir? Nəyi sübut etmək istəyirlər? Bu nə hərəkətdir? Niyə belə edirlər?", "biabırçılıq", "abırsızlıq" kimi şərhlər yazıblar.

Videonun bir neçə ay əvvələ aid olduğu bildirilir.

Ölkə.Az

Seçilən
41
1
olke.az

2Mənbələr