Bakıda magistral yolda yük avtomobilinin daşıdığı çən anidən yolun hərəkət hissəsinə düşüb.
BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Çənin maşına zəif bərkidilməsi və yola düşməsi digər hərəkət iştirakçıları üçün təhlükəli anlar yaşadıb.
Digər hərəkət iştirakçısı son anda manevr edərək təhlükədən yayına bilib.