Misli Premyer Liqasının XIV turunda “Karvan-Yevlax” doğma meydanda “Şamaxı”ya məğlub oldu – 0:3. Məğlubiyyəti həzm edə bilməyən komandanın yeni məşqçisi Füzuli Məmmədov hirsini futbolçulardan çıxıb.
O, matçında ardından paltardəyişmə otağında oyunçuları sərt şəkildi danlayıb. Mütəxəssis bir neçə futbolçunun komandaya layiq olmadığını bildirib.
Məmmədov bu məğlubiyyətin ardından komandaya istirahət də verməyib. O, bu gündən növbəti görüşün hazırlıqlarına start veriləcəyini bildirib.
Xatırladaq ki, “Karvan-Yevlax” növbəti turda “İmişli”nin qonağı olacaq.
İdmanxeber.az