AzVision.az xəbər verir ki, Tailand ordusunun sözçüsü general-mayor Vintay Suvarinin mətbuata istinadən verdiyi məlumata görə, dekabrın 8-də səhər saat 5:05 radələrində Kamboca qoşunları Tailand ərazisinə atəş açıb.
“Tailand tərəfi döyüş qaydalarına uyğun olaraq cavab verib. Səhər saat 7 radələrində isə kambocalılar Anupong hərbi bazası da daxil olmaqla digər sərhəd bölgələrini atəşə tutublar. Nəticədə bir Tailand əsgəri həlak olub, ikisi isə yaralanıb”, - Vintay Suvari deyib.
Onun sözlərinə görə, Tailand tərəfi artilleriyadan istifadə edən Kamboca atəşə dəstək qüvvələrinin mövqelərini sıxışdırmaq məqsədi ilə Kambocanın bir neçə bölgəsində hərbi hədəflərə zərbələr endirmək üçün təyyarələri havaya qaldırıb.
General bildirib ki, dekabrın 7-də Kamboca qoşunları Tailandın bir neçə sərhəd bölgəsinə də hücum cəhdi göstəriblər. Bunun ardınca ordu komandanlığı dörd sərhəd vilayətinin sakinlərinin təxliyə edilməsi əmrini varib.
- 385 mindən çox mülki vətəndaş dörd sərhəd rayonundan təxliyə edilir, 35 mindən çoxu isə müvəqqəti sığınacaqlarda yerləşdirilib”, - Tailandın hərbi məmurlarına istinad edən “Reuters” agentliyi yazır.
**************************************************************
“Thai PBS” telekanalının məlumatına görə, Tailandın Hərbi Hava qüvvələri (HHQ) Kambocada ağır silahlar və dronların saxlanması üçün istifadə olunduğu güman edilən kazinoya zərbə endirib.
“F-16 qırıcıları Kamboca qüvvələrinin Taylandın sərhəd bölgələrini atəşə tutmasına cavab olaraq hərbi infrastruktur obyektini vurub”, - xəbərdə deyilir.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta