İngiltərədə keçmiş tibb işçisi xəstələrinə qarşı cinsi zorakılıq törətməkdə ittiham edilir. Editor.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Birmingem sakini, 38 yaşlı keçmiş feldşer Nataniel Spenser ümumilikdə 38 xəstəyə qarşı cinsi zorakılıq etməkdə günahlandırılır. Zərərçəkənlər arasında 13 yaşdan kiçik bir uşağın da olduğu bildirilir.
Rayon prokurorluğunun məlumatına görə, hadisələr Spenserin 2017–2021-ci illərdə İngiltərənin mərkəzində yerləşən Stok-on-Trent və Dadli xəstəxanalarında çalışdığı dövrdə baş verib.
O, 15 cinsi zorakılıq epizodu, 17 hücum, bir cəhd və azyaşlılara qarşı digər hüquqazidd əməllərdə ittiham olunur. Onunla bağlı məhkəmə qərarının hələ açıqlanmadığı bildirilir.
// Gülnarə Abasova, Editor.az