AZ

Kişi 20 min dollar dəyərində medalyonu uddu, polis həbs etdi

Yeni Zelandiyada inanılmaz oğurluq hadisəsi baş verib.

Bir nəfər 19.300 dollar dəyərində olan Faberje yumurta formalı qızıl medalyonu udub.

AzPost bildirir ki, bu barədə BBC məlumat yayıb.

Medalyon 60 brilyant və 15 sapfir ilə bəzədilib. İçərisində 1983-cü ildə çəkilmiş Ceyms Bond filminin şərəfinə “Octopussy” adlandırılan miniatür 18 karatlıq qızıl ahtapot fiqurcuğu gizlədilib.

Hadisə ötən cümə günü Oklendin mərkəzində, Partridge Jewellers mağazasında baş verib. Polis zəngə cavab olaraq 32 yaşlı kişini saxlayıb. Oğurlanmış medalyon hələ də tapılmayıb və istintaq davam edir.

Şübhəli tibbi müayinədən keçib və həbsdədir. Onun növbəti məhkəmə iclası 8 dekabra təyin edilib. Polis qeyd edir ki, əşyanın udulduğu qeyri-adi oğurluq üsulu axtarışı çətinləşdirir və xüsusi təhlükəsizlik tədbirləri tələb edir.

AzPost.az

Seçilən
78
azpost.info

1Mənbələr