AZ

Bekhem: "Messini buna görə gətirmişəm"

style='margin-bottom:10px;'>

"İnter Mayami"nin ortaq sahibi və prezidenti Devid Bekhem "Vaytkaps"a qalib gələrək MLS kubokunu qazanmaqları haqda danışıb.

QOL.az ESPN-ə istinadən xəbər verir ki, o, futbolçusu Lionel Messi haqda da xoş sözlər səsləndirib: 

"Mən Messini buna görə kluba gətimişəm. O, cəmi iki mövsüm ərzində autsayder komandanı uğurlu kluba çevirdi. Mən çox xoşbəxtəm! Hamımız xoşbəxtik!"

Qeyd edək ki, "İnter Mayami" 2018-ci ildə yaradılıb. Komanda 2020-ci ildən Böyük Futbol Liqasında (MLS) oynayır. Bu müddət ərzində Mayami təmsiçisi MLS-in müntəzəm mövsüm kubokunu (2024) və Şimali Amerika Liqa Kubokunu (2023) qazanıb. 

Seçilən
23
1
teleqraf.com

2Mənbələr