Elm və Təhsil Nazirliyi (ETN) okytabr ayında keçirilən bir sıra tədbirlərin təşkilinə 299 000 AZN xərcləyib.
Pravda.az-ın xəbərinə görə, xidməti “Simplex” QSC göstərib.
Nazirliyin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi və QSC arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib. Buna görə də vəsaitin konkret hansı tədbirlər üçün ayrıldığı məlum deyil.
Cabir
Tarix: 8 Dekabr 2025, 12:08