Dekabrın 9-u və 10-u Yer kürəsində qütb auroralarının baş vermə ehtimalı yüksək olan güclü maqnit qasırğaları proqnozlaşdırılır.
Doğru.az xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının məlumatına görə, günəş partlayışından sonra plazmanın Yerə çatması nəticəsində G2-G3 səviyyəsində (ortadan güclüyə qədər) fırtınalar gözlənilir.
Astronomlar bildiriblər ki, “Flaş orta gücdə olub, lakin partlayışın mərkəzi Günəş-Yer xəttində yerləşdiyi üçün planetimizə təsir demək olar ki, frontal, yəni maksimum effektli olacaq”. Pik təsirin dekabrın 9-u günorta saatlarında baş verəcəyi qeyd olunub.
İlkin hesablamalara görə, geomaqnit pozğunluqları dekabrın 11-i cümə axşamına qədər davam edəcək. Alimlər vurğulayıblar ki, səmanın qaranlıq olması və şaxtalı havalarda yaxşı atmosfer şəffaflığı qış auroralarını izləmək üçün əlverişlidir.
Həkim Yevgeni Tarasov isə qeyd edib ki, maqnit qasırğaları xüsusilə ürək-damar xəstəlikləri, hipertoniya, miqren və vegetativ-damar distoniyası olan insanlara mənfi təsir göstərə bilər.
DOĞRU.AZ