AZ

Anar: “Ensiklopediya binasının bir mərtəbəsini restorana çeviriblər”

“İçərişəhərdə Azərbaycan Ensklopideyasının binası yerləşir. İndi o binanın bir mərtəbəsini restoran ediblər. Ensklopediya olanda onun qarşısında haqlı olaraq Həsən bəy Zərdabinin heykəli qoyulmuşdu. İndi Həsən bəy Zədabi orda restoranın qapıçısı kimi görünür”. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayev parlamentdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən konfransda çıxışı zamanı deyib.

O həmin heykəlin Şəhriyar Mədəniyyət Evi ilə üzbəüz Azərbaycan Pedoqoji Universitetinin bağına köçürülməsini təklif edib.

Günay Şahmar, Bizim.Media

Seçilən
11
2
bizim.media

1Mənbələr