AZ

"Mançester Yunayted"in uruqvaylısı Türkiyə yolunda - Danışıqlar başladı

"Mançester Yunayted"in yarımmüdafiəçisi Manuel Uqarte qış transfer pəncərəsində klubu tərk edəcək. 

Fanat.Az xəbər verir ki, bu barədə jurnalist Erol Evsen məlumat yayıb.

Mənbənin məlumatına görə, "Qalatasaray" Uqarteni heyətinə qatmağa can atır. Türkiyə nəhəngi yarımmüdafiəçini ya icarəyə götürməyə, ya da daimi olaraq müqavilə imzalamağa hazırdır. İstanbul nəhənginin artıq qarşı tərəfə sorğu göndərdiyi bildirilir.

Uqartenin “Sportinq”də Ruben Amorimin rəhbərliyi altında oynamasına baxmayaraq, baş məşqçi onun “Old Trafford”dakı çıxışından narazıdır. 24 yaşlı uruqvaylı bu mövsüm İngiltərə Premyer Liqasında 10 matçda meydana çıxıb. Onun "Mançester Yunayted"lə müqaviləsinin müddəti 2029-cu ilin iyununda başa çatacaq. "Transfermarkt" onun dəyərini 35 milyon avro dəyərində qiymətləndirir.

Seçilən
23
1
fanat.az

2Mənbələr