Hollandiya məhkəməsi "Türk Axını" kəmərinin operatorunun aktivlərini dondurub.
Enerji şirkəti DTEK Krymenergo-nun tələbi ilə Amsterdam Rayon Məhkəməsi Qazproma məxsus Türk Axını qaz kəmərinin operatoru olan South Stream Transport (SST)-nin aktivlərini dondurub.
Bu barədə "Vedomosti" qəzeti iş materiallarına istinadən məlumat yayıb.
Qeyd olunur ki, qərara Krıma elektrik enerjisi tədarük edən Krymenergo-nun milliləşdirilməsindən sonra Ukrayna enerji şirkəti DTEK ilə Rusiya tərəfi arasında yaranan mübahisələr səbəb olub.
2023-cü ildə Haaqadakı tribunal Rusiyaya DTEK-ə dəymiş ziyana görə kompensasiya ödəməyi əmr edib. İddianın bir hissəsi olaraq, 2025-ci ilin yayında məhkəmə Hollandiya bankındakı hesablardakı SST aktivlərinə həbs qoyub.
Qaz kəməri operatorunun nümayəndələri SST-nin aktivlərinin dondurulması qərarını ləğv etmək üçün Avropa məhkəməsinə müraciət ediblər. Lakin məhkəmə tələbi rədd edib.
Daha əvvəl Macarıstanın Baş naziri Viktor Orban Macarıstandakı Türk Axını və Dostluq boru kəmərlərindən gələn təchizatın sanksiyalardan azad olduğunu açıqlayıb.