Bakı. Trend:
2018-ci ildən dövlət məşğulluq siyasəti dərin islahatlar dövrünüyaşayır.
Trend xəbərverir ki, bu fikirləri bu gün əmək və əhalinin sosial müdafiəsinaziri Anar Əliyev
“Qarabağ KOB-ları Proqramı”nın icrasına dair tədbirdə çıxış edərkəndeyib.
Nazir bildirib ki, sosial ödənişlər sahəsində minimal pensiya320 manatadək yüksəlib. Orta aylıq pensiya isə 540 manataçatdırılıb. 2018-ci ildən dövlət məşğulluq siyasəti də dərinislahatlar dövrünü yaşayır.
“2019-2030-cu illər üçün əhalinin məşğulluq strategiyası tətbiqolunduqdan sonra məşğulluq orqanları tərəfindən 852 000-dən artıqşəxs işlə təmin olunub. 56000-ə yaxın şəxs peşə hazırlığına cəlbedilib. İslahatların mühüm addımı olan əmək və məşğuluq elektronsistemi vahid əmək münasibətləri bazası yaradır”.
A.Əliyev qeyd edib ki, 2020-2025 ci illərdə Dünya bankı iləməşğulluğa dəstək layihəsi həyata keçirilib. Proqrama qoşulmaq üçün100 000-dən artıq müraciət olub.
“Hazırda ll məşğulluğa dəstək layihəsinin icrası üzrə işlərəbaşlanılıb. Layihənin əsas məqsədi özünəməşğulluq proqramınıngenişləndirilməsidir”,- deyə nazir əlavə edib.