GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
Hökməli–Qobu yolunda baş verən ağır yol-nəqliyyat hadisəsində ölənlərin sayı artıb.
Globalinfo.az-ın xəbərinə görə, “Report”un yerli bürosu bildirir ki, qəza zamanı yük maşını ilə toqquşan “Toyota Prius” markalı nəqliyyat vasitəsində olan qadın təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılarkən yolda həyatını itirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
X X X
Hökməli–Qobu yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Globalinfo.az bildirir ki, “Report”un yerli bürosunun məlumatına görə, hadisə zamanı yük avtomobili minik avtomobili ilə toqquşub.
Qəza nəticəsində minik avromobilinin sürücüsü Zaur Əliyev aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.