AZ

Şanslıyam ki, belə həyat yoldaşım var

ain.az, Axsham.az saytına istinadən bildirir.

"Avroviziya" təmsilçilərimizdən olan Safurə Əliyeva həyat yoldaşı Fərhad Əliyevlə bağlı paylaşım edib. 

Axşam.az xəbər verir ki, müğənni evlərinin mətbəxindən görüntü yayımlayaraq, həyat yoldaşının onun üçün yemək hazırladığını bildirib. 

"Çox şanslıyam, bu gün yoldaşım mənə yemək edir. Həmişə mən hazırlayıram. Hərdən o da edir" deyə, Safurə bildirib. 

O, əlavə edib ki, oğlu İsgəndərə də yemək hazırlamağı öyrədirlər:

"Atası 14 yaşı olanda yemək hazırlamağı öyrənib. Mən də isveçdə yemək hazırlamağı öyrəndim. Tək yaşayırdım".

Qeyd edək ki, Fərhad mərhum energetika naziri Natiq Əliyevin oğludur. Fərhad və Safurə cütlüyünün 3 övladı var. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
axsam.az

1Mənbələr