AZ

Tənqidlərdən sonra Məhsəti filmi ilə bağlı paylaşımını sildi Foto

Axsham.az saytına istinadən ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, rejissor Suada Qarayevanın "Məhsəti" filmi Mədəniyyət Nazirliyi və Kino Agentliyinin təşkil etdiyi "Baku Cinema Breeze 25" film festivalından çıxarılıb.

Axşam.az xəbər verir ki, ekran işi ilə bağlı günlərdir davam edən müzakirələr və kəskin tənqidlər fonunda rejissor filmin festivaldan çıxarılamsına etirazı ilə bağlı paylaşımını sosial media hesabından silib. 

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin nəzdindəki Bədii Şuradan filmə qoyulan qadağa ilə bağlı yayımlanan açıqlamada bildirilib ki, S.Qarayeva tərəfindən hazırlanan filmdə ədəbiyyat irsimizə hörmətsizlik nümayiş olunur, Azərbaycanın klassik ədəbi-mədəni tarixində xüsusi mövqeyə malik olan Məhsəti Gəncəvi obrazının bədii təqdimatında ciddi təhriflərə yol verilir, etik-normativ çərçivələrə açıq etinasızlıq nümayiş etdirilir, filmdə görkəmli şairə Məhsəti Gəncəvi gəzəyən, əxlaqsız qadın kimi təqdim edilir. Eləcə də, obrazın mənəvi kimliyi ilə təqdim edilən səhnə və situasiyalar arasında nəzərəçarpacaq dərəcədə kobud uyğunsuzluqlar qeydə alınıb.

Suada sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin qızıdır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
1
axsam.az

2Mənbələr