Sumqayıtda İnşaatçılar qəsəbəsində vəziyyət sözün həqiqi mənasında bərbad gündədir.
NOCOMMENT.az xəbər verir ki, qəsəbədə küçələr zibil paliqonuna çevrilib, yollar palçıq içində üzür, binalar isə hər an dağılma təhlükəsi ilə üz-üzədir. Açıq lyuklar isə sakinlər üçün əlavə təhlükə yaradır.
Bu qəsəbədə yaşayan sakinlər gündəlik həyatlarını bu çətinliklər içində davam etdirməyə məcburdurlar.
Unudulan qəsəbənin sakinlərinin sözlərinə görə, dağılma təhlükəsi olan binaların söküləcəyi deyilsə də, realda heç bir addım atılmır.
Sakinlərdən biri “25 ildir burada yaşayıram. Söküləcək deyirlər, sökmürlər. Bu qəsəbə unudulub…”, deyə narazılığını ifadə edib.
Videonu təqdim edirik: