AZ

Aparıcıların və verilişlərin istifadə etdiyi sözlər barədə hesabat veriləcək - İsmət Səttarov

Bakı. Trend:

Audiovizual Şura bugünədək televiziya və radio kanallarındareklam çarxlarında əcnəbi sözlərin istifadəsini demək olar ki,tamamilə qarşısını alıb.

Trend xəbərverir ki, bunu Audiovizual Şuranın sədri İsmət Səttarov MilliMəclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası:Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən Konfransdaçıxışı zamanı deyib.

Sədr bildirib ki, televiziyalarda və radiolarda artıq nadirhallarda xarici sözlərlə rastlaşmaq mümkündür:

“Halbuki 10–15 il əvvəl reklam çarxlarında tez-tez ingiliscə,rusca və ya digər xarici sözlər istifadə olunurdu”.

İ.Səttarov vurğulayıb ki, reklam çarxlarının əhəmiyyəti xüsusiləböyükdür, çünki verilişlərdən fərqli olaraq reklamlar hər gün birneçə dəfə, bəzən illərlə təkrarlanır və sözlər insanların yaddaşınahopur:

“Bu vəziyyət həm qanunvericilik imkanları, həm də kanallarlaəvvəlcədən razılaşdırılan sistem vasitəsilə nəzarət edilir.Nəticədə bir çox çarxlarda əcnəbi sözlərin istifadəsi artıqminimuma endirilib.

Buna baxmayaraq, verilişlərdə və proqramlarda vəziyyət dahamürəkkəbdir. Burada həm obyektiv, həm də subyektiv səbəblərmövcuddur. Məsələn, hər gün təxminən 800 saatlıq efir materialınıyalnız 6 nəfərdən ibarət monitorinq şöbəsi izləyir. Fiziki olaraqbu qədər çox materialı həm televiziya, həm də radio üzrə izləmək vəqeyd etmək çətindir.
Biz 40-a yaxın ən çox istifadə olunan əcnəbi sözü müəyyən etdik vəproqram vasitəsilə 2 həftə ərzində kanalları monitorinq etdik.Nəticədə bu sözlərin üç minə yaxın dəfə istifadə olunduğuaşkarlandı.

Bu sistem bizə böyük yardım edir, çünki artıq yanvar ayındanetibarən kanallara məlumat göndəriləcək, ilk 3 ay ərzindəaparıcıların və verilişlərin istifadə etdiyi sözlər barədə hesabatveriləcək. Aparıcılar özləri nəticə çıxarmalıdır. 3 aydan sonra isəŞura dilin qorunması ilə bağlı qanunvericilik tədbirlərini həyatakeçirəcək. Qanunda nəzərdə tutulmuş cərimələr 500–1000 manatarasıdır. Biz məqsədli şəkildə medianı cərimə etməyi düşünmürük,amma dilin qorunması üçün başqa çıxış yolu yoxdur”.

Seçilən
43
3
az.trend.az

4Mənbələr