Gəncə, 8 dekabr, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) “UI GreenMetric 2025” reytinqində infrastruktur və maddi-texniki baza üzrə 1000 xal yığaraq ölkə birincisi olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ADAU 105 ölkədən 1745 universitet arasında 4520 xal alıb, 1174-cü ölkə üzrə isə 19 ali təhsil müəssisəsi arasında 13-cü yerdə qərarlaşıb.
Reytinq infrastruktur və maddi-texniki baza, enerji və iqlim dəyişikliyi, tullantıların idarə olunması, sudan səmərəli istifadə, ekoloji təmiz nəqliyyat, davamlı təhsil və tədqiqat meyarları üzrə qiymətləndirilib.
Qeyd edək ki, reytinq 105 ölkədən 1745 universitetin davamlılıq göstəricilərini qiymətləndirir.