AZ

Qəbələ Turan Tovuz a, Sabah Neftçi yə qarşı

ain.az bildirir, Unikal.az portalına istinadən.

Bu gün Misli Premyer Liqasında XIV turun növbəti oyunları keçiriləcək.

"Unikal" xəbər verir ki, “Qəbələ” doğma meydanda “Turan Tovuz”la qarşılaşacaq. Görüş saat 17:00-da başlayacaq.

Tovuz klubu 24 xalla 4-cü, Qəbələ təmsilçisi isə 8 xalla 10-cu yerdədir.

Günün ikinci görüşündə "Sabah" evdə "Neftçi”ni qəbul edəcək. "Bank Respublika Arena"da oynanılacaq matç saat 20:00-da start götürəcək.

"Sabah" 25 xalla 3-cü, 16 xalı olan "Neftçi" isə 8-ci pillədədir.

Qeyd edək ki, XIV turun əvvəlki oyunlarında "Şamaxı" "Karvan-Yevlax"a 3:0 hesabı ilə qalib gəlib, "Zirə" isə "Qarabağ"la heç-heçə edib - 1:1. Tur dekabrın 9-da başa çatacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
70
unikal.az

1Mənbələr